Rusiyanın Yekaterinburq meriyasında məmur çatışmazlığı yaranıb.
Publika.az vəbər verir ki, bu barədə Prezident Administrasiyanın iqtisadiyyat şöbəsinin müdiri Aleksey Pryaden bildirib.
“Dövlət orqanlarında da kadr problemi var. Hazırda özəl sektorda maaşların kifayət qədər yüksək olduğunu nəzərə alsaq, məmurlar dövlət sektorundan “çıxmağa” başlayır. Bu, ciddi problemə çevrilir”, - Pryaden vurğulayıb.
İqtisadiyyat şöbəsinin müdiri əlavə edib ki, bələdiyyə sədrlərinin və məmurların ixtisasını artırmaqla problemi həll etməyə çalışırlar. Xüsusilə, onlara mütəxəssislərdən ibarət komandalar qurmaq, gücləndirmək və daha yaxşı lider olmaq öyrədilir.
Administrasiya nümayəndəsi bildirib ki, meriya işçisi təqaüdə çıxanda, analıq məzuniyyətinə gedəndə və ya işdən ayrılanda onun yerinə işçi tapmaq daha çətindir, çünki artıq tələbələr də işlə təmin olunurlar.