AZ

AFFA hakimi təhqir edən baş məşqçiyə bu cəzanı verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

Azərbaycan Premyer Liqasının III turunun “Zirə” - “Araz-Naxçıvan” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimə edilib.

II Liqanın IX turunun “Ağdaş” - “Füzuli” oyununun 43-cü dəqiqəsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Ağdaş”a 400 manat cərimə kəsilib.

 

Seçilən
22
3
qafqazinfo.az

4Mənbələr