ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın gələcək administrasiyasında əsas postların bölüşdürülməsi ilə bağlı müxtəlif proqnozlar verilir.
Missiya.Az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Robert O'Brayen məlumat yayıb.
Bildirilir ki, dövlət katibi vəzifəsinə namizədlər arasında senatorlar Marko Rubio və Uilyam Hagertinin adları var.
Qeyd olunub ki, Senatorlar Marko Rubio və Uilyam Hagerti ilə yanaşı, Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenell də dövlət katibi postuna potensial namizəd ola bilər.
Daşqın HəsənovMissiya.Az