YAP Nərimanov rayon təşkilatında 8 noyabr Zəfər Günü və 9 noyabr Bayraq Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi qazisi Elvin Orucov, Ərazi Partiya Təşkilatlarının sədrləri və fəallar iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov 8 Noyabr Zəfər Gününü Azərbaycan xalqı olaraq böyük iftixar hissi ilə qarşıladığımızı bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığı qeyd olunub. 44 günün hər bir günü şanlı tariximizdir deyən sədr müavini 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə olduğu bildirilib.
Tədbirdə Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi Elvin Orucov çıxış edərək 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən geniş bəhs ediblər.
Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən şəxslər təltif olunub və partiyanın sıralarına yeni qoşulan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.