Yeni seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə əsas namizəd sayılan ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenel sülhün tezliklə gələcəyi anonsunu verib.
Azpost.info xəbər verir ki, o bu barədə “X”-də paylaşım edib.
“Amerika və dünya xilas oldu. Tezliklə sülh gələcək”, – dedi Qrenel bildirib.
O, hansı münaqişənin həll ediləcəyini və sülhün haradan gələcəyini dəqiqləşdirməyib.
Daha əvvəl “Politico” nəşri ABŞ Konqresindəki mənbəyə istinadən Trampın ABŞ-ın dövlət katibi postuna Qreneli düşündüyünü yazıb.
Seçki kampaniyası zamanı Tramp Ukraynadakı münaqişəni həll edəcəyini bəyan edib.
Azpost.info