AZ

Spirtli içkini əsla bunlarla qatmayın - Əks halda… 

Alkoqol qəhvə, enerji içkiləri və qazlı içkilərlə qarışdırılmamalıdır.

Referans.az xəbər verir ki, bunu rusiyalı terapevt Zarema Ten NEWS.ru-ya açıqlamasında deyib.

O, bildirib ki, spirtli içki qəhvə ilə istifadə olunduqda kofein sərxoşluq hissini ört-basdır edir, ürək və qan damarlarına ikiqat yük yaradır.

Enerji içkiləri və spirtli içkilər - enerji içkiləri olan kokteyllər alkoqolun təsirini ört-basdır edir, canlılıq illüziyasını yaradır və bu, həddindən artıq dozaya səbəb ola bilir.

Bu birləşmə ürək üçün də təhlükəlidir. Qazlı içkilər və güclü spirtli içkilər - soda və ya kola araq və ya viski ilə birləşməsi spirtin udulmasını artırır, qanda onun səviyyəsində kəskin sıçrayışa səbəb olur. Qəhvə və güclü spirt - kofein sərxoşluq hissini maskalayır, sonra isə ürək və qan damarlarında ikiqat stress yaradır.

Narkoloq Vitali Holdin bildirib ki, alkoqollu içkilər orqanizmdən vitamin və qida maddələrini yuyur. Qida maddələrinin çatışmazlığı isə alkoqol istəklərini oyadır.

Seçilən
20
referans.az

1Mənbələr