"Bakı-Quba Rusiya federasiyası ilə dövlət sərhəddi ödənişli avtomobil yolu ilə istifadə üçün sürətli keçid kartının satışına başlanıldı. Sürətli keçid kartının Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı Asan Xidmət mərkəzlərinin, həmçinin Bakı-Quba Rusiya federasiyasi ilə dövlət sərhəd avtomobil yolunun 45 km yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür."
News365.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
Sürətli keçid kartını əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Sürətli keçid kartı içərisində xüsusi cip yerləşdirilmiş keçid kartıdır. Ödənişli yoldan istifadə zamanı ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu cipdəki məlumatları avtomatik olaraq oxuyur. Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq qeyd olunan standartlar əsasında yerləşdirmək kifayətdir. Sürətli keçid kartını istifadə qaydaları və əlavə məlumatlar üçün 3#ödənişliyol.az saytına müraciət edə bilərsiniz. Kartın balansını satış məntəqələrində və onlayn şəkildə artırmaq mümkündür. 3#ödənişliyol.az saytına daxil olub kartın balansını artıra bilərsiniz.
Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və yaxud kart zədələndikdə satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti də fəaliyyət görtərir.