AZ

Ədliyyə Nazirliyi Trampla bağlı cinayət işlərinə xitam verir

ABŞ-nin Ədliyyə Nazirliyi ölkənin yeni prezidenti Donald Trampın seçkilərdə qələbəsi fonunda ona qarşı federal cinayət işlərinə xitam verə bilər. Bu barədə noyabrın 6-da mənbələrə istinadən NBC məlumat yayıb.

Nazirliyin rəsmiləri seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl ona qarşı iki federal cinayət işinə xitam verməyi düşünür. Mənbənin aydınlaşdırdığı kimi, bu, nazirliyin uzun illər apardığı siyasətdən irəli gəlir, ona görə də indiki prezident məsuliyyətə cəlb oluna bilməz.

Eyni zamanda, telekanal nazirlik rəsmilərinin məhkəmə araşdırmalarının mümkünsüzlüyünü qəbul etdiklərini bildiriblər. Çünki məsələlər “hüquqi problemlərlə bağlı”dır. Aydın olur ki, bu nüanslar Ali Məhkəməyə qədər apellyasiya şikayətinə səbəb ola bilər.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
16
8
xalqqazeti.az

9Mənbələr