Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident
İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr -
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri
Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü, 25
Oktyabr - Qubadlı Şəhəri Günü, 8 Noyabr - Şuşa Şəhəri Günü, 20 Noyabr - Ağdam
Şəhəri Günü, 25 Noyabr - Kəlbəcər Şəhəri Günü kimi bayram edilir. Bu əlamətdar
günlər eyni zamanda, şanlı tariximizin ən möhtəşəm səhifələridir.
Azərbaycanı qələbələrdən qələbələrə aparan Prezident İlham Əliyevin
sərəncamları ilə xalqımız bu günlər qürurla, fəxrlə qeyd edir. Xalqımızın
möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi
8 Noyabr günündə Zəfər Günü ilə birlikdə Şuşa Şəhəri Gününü də bayram edirik.
2024-cü il noyabrın 8-də Azərbaycan xalqı tarixi zəfərərin və Şuşa şəhərini
işğaldan azad edildiyi gününün dördüncü ildönümünü qürur və fəxarət duyğusu ilə
qeyd edəcək. Bəli, bu günlər xalqımız milli ruhun, ləyaqətin təntənəsi gününün
böyük coşqusunu yaşayır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən
müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar.
Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru
dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də
reallığa çevrildi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın
işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi
oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, Onun savaşı haqq savaşıdır.
Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin
vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs
gündən Şuşanın yeni tarixi başladı. Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44
günlük Vətən müharibəsi bitdikdən dərhal sonra haqq savaşına qalxan Azərbaycan
xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində üçrəngli
bayrağımızın qürurla dalğalandırıldığı Şuşa gülüstana, cənnətə çevrilir. Möhtəşəm
quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində öz yurd-
yuvalarına qayıdan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün böyük
layihələr həyata keçirilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları
quraşdırılır.
Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti cənab İlham
Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və
şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu
insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd
həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib.
Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı ölkə Prezidentimizin
rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza,
yurd yerlərimizi çənnətə çevirir. Yurdlarına dönən, isti od-ocaqlarına qovuşan
soydaşlarımızın, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha
dünyaya “Qarabağ Azərbaycandır!” ismarıçı verir
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri