8 Noyabr – Zəfər günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad olunacaq.
Ekologiya.az xəbər verir ki, ziyarətçilər ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara səfər etməklə fərqli relyefə və landşafta malik ekoturizm marşrutları ilə hərəkət edə və səmərəli gün keçirə bilərlər.
Qeyd edək ki, ölkədə 10 milli park və bu parklarda müxtəlif təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu fəaliyyət göstərir.