Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatları artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik hesabat açıqlayıb.
Hesabata əsasən, bankın ehtiyatları 1 noyabra qədərki həftə ilə müqayisədə 221 milyon dollar yüksəlib: "Hazırda Bankın 159 milyard 619 milyon dollar valyuta ehtiyatı yaranıb. Bu, bütün zamanların ən yüksək göstəricisidir"
Samir Musayev
MİA.AZ