AZ

NATO və Aİ arasında "xüsusi missiya"

NATO-nun baş katibi Mark Rutte Aİ ilə əməkdaşlığı yaxşılaşdırmaq üçün “xüsusi işçi qrupu” yaratmağı planlaşdırdığını bildirib.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte və Cənubi Koreya prezidenti Yoon Suk Yeol arasında Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə birgə reaksiya ilə bağlı telefon danışığı olub. Rutte, sosial şəbəkə hesabındakı paylaşımında, Yoon ilə Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi məsələsini müzakirə etdiklərini və bu hərəkəti "qlobal təhlükəsizlik üçün dönüş nöqtəsi" kimi qiymətləndirdiyini bildirib.

Rutte Şimali Koreya qoşunlarının bir neçə gün ərzində Ukraynaya qarşı müharibəyə başlamasının gözlənildiyini qeyd edərək, NATO-nun artan təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün Aİ ilə əməkdaşlığı yaxşılaşdırmaq üçün “xüsusi işçi qrupu” yaratmağı planlaşdırdığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
22
turkustan.az

1Mənbələr