AZ

Ömür yolunda bir rəhbər gördüm...

   Bakı şəhərində kiçik bir ünvan var: Azadlıq prospekti 181. Bu ünvanda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yerləşir. Mən bu Akademiyanın əlaçı tələbələrindən olmuşam və çox xoşbəxtəm ki, müəllim kimi burada çalışmaq mənə nəsib olub. Mən Akademiyada yalnız müəllimlik etmədim. Həmişə tələbə oldum, dərs aldım, öyrəndim. Müəllimim Akademiyanın banisi, hörmətli rektorumuz professor Hüseyn Qaraşov oldu. Mən bir şəxsiyyət kimi formalaşmağımda məhz Hüseyn müəllimə borcluyam. 

Hüseyn müəllim sözü ilə əməli bir olan, nəyinsə xatirinə ədalətsizliyə göz yumanlardan olmadı. Heç kimə, heç nəyə biganə olmadı, etinasızlığa şərait yaratmadı. Bizə mübariz, dözümlü, mətin, əməlisaleh olmağı, halal yaşamağı öyrətdi. Çünki özü həqiqi kişi ömrü yaşayan, dağ əzəməti ilə cəmiyyətdə özünə mövqə tutanlardan oldu. Hüseyn Qaraşov özündə ağıl, kamal, saf əqidə kimi bəşəri dəyərləri yaşadan əsil Azərbaycan kişisidir. 

Akademiyanın ağır günlərində belə idarəçilik qanunlarına əsil ağsaqqal kimi rəhbərlik edən rektor həmişə məğrur davrandı, çünki mənəviyyatı zəngin, aqil, müdrik bir şəxsdir. 

Hüseyn Qaraşov hər bir sınaqdan alnıaçıq, üzüağ çıxdı. Öz işini, əməlini xalqa xidmətdə göstərən rəhbər bir Qarabağlı kimi də Azərbaycanımızın bütövlüyü uğrunda gedən mübarizədə həmişə öndə, Prezidentin yanında oldu. Prezidentin təsdiqlədiyi Baş planla tanış olduqdan sonra fəxarət hissi ilə yaşayırdı. 

Çox qürurverici tarixi olan hadisəyə şahidlik etdim: “Ağdamın ağ günləri”  başlayır. 

Hüseyn Qaraşov mənim nəzərimdə ən uca zirvədir. Mənalı ömür sürmüş, dövlətçilik amallarına əvəzsiz xidmətlər göstərmiş, Prezident tərəfindən fəxri adlara layiq görülmüş, ilin müəllimi seçilmişdir. 

Yolunuz açıq olsun, hörmətli rektor.

Sizə uğurlar və can sağlığı arzulayırıq. 

                         

Hörmətlə:

Pərvin Qədir qızı Məmmədova 

Seçilən
24
tehsil.biz

1Mənbələr