ABŞ-nin Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq Departamenti açıqlama yayıb.
Məlumata görə, Mesa şəhərindəki "Falcon Field" hava limanında havaya qalxan reaktiv təyyarə uçuş-enmə zolağının yanındakı yolda bir avtomobilə çırpılıb.
Qəza nəticəsində pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb.
Qəzanın səbəbləri araşdırılır.
Gülşən Şərif