AZ

Ekspert: Azad edilmiş ərazilərdə korporotivləşməyə dəstək verilməlidir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
 Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov "Sherg.az"a açıqlamasında deyib ki, qanun layihəsini təqdirəlayiq hesab etmək olar: 
                         
"Amma əvvəlki torpaq islahatlarında olan səhvlərin işğaldan azad edilən torpaqlarımızda davam etdirilməməsi daha məqsədəuyğundur. Yaxşı olardı ki, həmin ərazilərdə korporotivləşməyə dəstək verilsin. Yəni, kiçik ailə təsərrüfatları korporotivdə birləşsin. Həmçinin onlara güzəştli şərtlərlə kreditlər təklif etməklə, korporotivləşməyə həvəsləndirmək lazımdır. Əlavə olaraq, dövlət qurumları strukturu elə təşkil etməlidir ki, kompaniya xarakteri daşımasın. Ümumiyyətlə, korporativləşmə kiçik ailə təsərrüfatının güclərini birləşdirərək hər bir əkinə uyğun istehsalat sahəsinin yaradılmasıdır. Daha sonra onların birbaşa böyük marketlərə satışı təmin olunur. Bununla xaricə mal satışı və sənədləşmə işi daha asanlaşdırılır. Əkilən sahədə hər bir hektara görə, kiçik istehsal müəssisələri yaradılmalıdır. Sahədən satış piştaxtalarına qədər olan mərhələ nəzarət altına alınmalıdır. Burada əsas amil düzgün planlama, növbəli əkin sisteminin tətbiqidir. Bir sözlə, digər torpaq islahatlarında edilən səhvlər təkrar edilməməlidir. Fikrimcə, sadaladığım tədbirlərə əməl edilsə, yaxşı nəticə əldə etmək olar".
Seçilən
17
sherg.az

1Mənbələr