AZ

Narinin atası Arif Güran özünü pis hiss edərək şübhəlilərə qışqırdı!



Narin Güranın qətlinin dinlənilməsi zamanı ata Arif Güran özünü pis hiss edib. "Necə qıydız?" deyib ,zaldan ağlayaraq çıxıb.
Türkiyənin günlərlə danışdığı Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Güranın qətli ilə bağlı ilk məhkəmə prosesi başlayıb.
Qətli müştərək törətdiyi iddia edilən müttəhimlər, ana Yüksel Güran, qardaşı Enes Güran, əmisi Səlim Güran və meyiti daşıdığını etiraf edən Nevzat Bəhtiyar hakim qarşısına çıxıb.

Məhkəmə sədri etirafçı Nevzat Bəxtiyara suallar verməyə başlayıb. Bəxtiyar Salim Güranın ondan Narinin cəsədini parçalamasını istədiyini, lakin bunu bacarmadığını iddia edib.

Bəxtiyarın ifadəsindən sonra Narinin atası Arif Güran özünü pis hiss edib. Hakim Narinin atasının məhkəmə zalından çıxarılmasını istəyib.

Arif Güran “Onu necə öldürdün?” deyə ağlaya-ağlaya zalı tərk etdi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
20
aia.az

1Mənbələr