Zəngəzur dəhlizi ideyasından sonra dəbə düşən layihələr
Hurriyyet.az xəbər verir ki, adları çəkilən ölkələr Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin işə salınması üçün üçtərəfli görüş keçirmək barəsində razılaşıblar. Bu barədə İranın İrəvandakı səfiri Mehdi Sübhani məlumat verib. Sübhani görüşün dəqiq vaxtının hələ müəyyənləşdirilmədiyini söyləyib.
Səfir "İran körfəzi - Qara dəniz" dəhlizinin də perspektivlərini qeyd edib, Ermənistanı İran körfəzi ilə Qara dənizi birləşdirəcək mühüm bənd kimi qiymətləndirdiklərini bildirib. Onun sözlərinə görə, hazırda bu layihəni reallaşdırmaq üçün əngəl yoxdur.
Xatırladaq ki, Ermənistan həm də "Şimal-Cənub" və Paşinyan hökumətinin irəli sürdüyü "Sülh kəsişməsi" dəhlizlərinin də "həlqəsi" olmaq niyyətindədir.
Hürr Tərcüman