AZ

Almanların əksəriyyəti indiki hökumətdən NARAZIDIRLAR – SORĞU

Almanların əksəriyyəti koalisiya böhranı fonunda erkən parlament seçkilərini dəstəkləyir.

Yenicag.az “Tagesscha”ya istinadla xəbər verir ki, koalisiyanın dağılması elan edilməmişdən əvvəl aparılan sorğunun belə məlumatları “ARD DeutschlandTrend” tərəfindən verilib.

Qeyd olunur ki, respondentlərin 53%-i növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı olub. Bununla belə, əhəmiyyətli bir faiz, yəni 40 faiz hakim koalisiyanın seçkilərə qədər qalan müddətdə hakimiyyətdə qalmağına tərəfdar çıxıb.

Növbədənkənar seçkilərin tərəfdarlarının əksəriyyəti populyarlıq qazanan ifrat spektrli partiyaların tərəfdarları arasındadır: ifrat sağçı populist AfD (88%) və bu yaxınlarda şərqdə keçirilən seçkilərdə uğur qazanmış Sara Vaqenknext Alyansı (82%). Bütövlükdə, erkən seçkilərə dəstək Almaniyanın şərqində qərbdən daha çoxdur (60%-ə qarşı 52%).

Mühafizəkar Xristian Demokrat İttifaqının tərəfdarları arasında erkən seçkiləri 68%, SPD seçiciləri arasında 25%, Yaşıllar isə 18% dəstəkləyir.

Sorğu noyabrın 6-da, Azad Demokratlar Partiyasının lideri Lindnerin istefası elan edilməzdən əvvəl keçirilib.

“DeutschlandTrend”in ötən həftə keçirdiyi əvvəlki sorğuda respondentlərin 85%-i hökumətdən narazı olduğunu bildirib. Ayrı-ayrı siyasətçilərin dəstəklənməsinə gəlincə, ən müsbət fikirlər müdafiə naziri Boris Pistorius (55%), XDİ lideri Fridrix Merz (30%) və öz adı ilə bağlı olan populist partiyanın lideri Sara Vaqenknext (24%) haqqında olub.

Nəsimi Ələsgərli

Seçilən
16
yenicag.az

1Mənbələr