Bakı. Trend:
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti MayaSanduya təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidənseçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünküinkişaf dinamikası məmnunluq doğurur. Biz qarşılıqlı hörmət vəetimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfliinkişafına xüsusi əhəmiyyət veririk.
Əminəm ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldovaarasında ənənəvi dostluq münasibətlərinin daha dagenişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuranəməkdaşlığımızın konstruktivlik zəminində bundan sonra damüvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylərgöstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqınınfiravanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlararzulayıram".