Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi cərimələnə bilər.
Modern.az-ın məlumatına görə, xəstəxana barədə aidiyyəti qurum tərəfindən aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.ci(Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə protokol tərtib edilib.
İşə Qusar rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən maddə üzrə iznibati xəta törədən fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.