AZ

Barışıq istəyini rədd edən qadını ov tüfəngi ilə güllələdi

Ali A. adlı şəxs əvvəllər dini nikahda yaşadığı Ayşe B.-ni barışıq təklifini qəbul etmədiyi üçün onu ov tüfəngi ilə güllələyib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
 
Belə ki, qonşusunun yanına getmək üçün evdən çıxan Ayşe B. saat 14.00 radələrində bulvarda onu izləyən Ali A. adlı şəxs tərəfindən tüfənglə ayağından vurulub.
 
Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları Ayşe B.-ni xəstəxanaya aparıb. Polis qrupları Ali A.-nın tutulması üçün əməliyyat başladıb.
 
Oksana
Seçilən
48
azxeber.com

1Mənbələr