Budapeştə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Görüş Budapeştdə Avropa Siyasi Birliyinin 5-ci sammiti çərçivəsində olub.
Bildirilib ki, Paşinyan, həmçinin Fransa Prezidenti Emmanuel Makron, Ukrayna lideri Volodimir Zelenski, Gürcüstanın Baş naziri İrakli Kobazidze ilə də görüşüb.