“Ermənistanın dini rəhbəri Dünya Dini Liderlərinin Sammitində iştirak etmək istəsə də, dəvət etmədik”.
Bunu Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında APA-nın sualını cavablandırarkən deyib.
“Birbaşa olmasa da, başqa şəkildə onun iştirak istəyi ilə bağlı müraciətlər bizə çatdırıldı. Mən şərt qoydum ki, bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanın sərhədlərini, bütövlüyünü tanısa, dəvət edəcəm. Heç bir cavab almadığımıza görə, dəvət də olmadı” - deyə o əlavə edib.