Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova "ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla polkovnik Azər Aydın oğlu Məmmədova "general-mayor” ali hərbi rütbəsi verilib. Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.