AZ

Trampın yeni kadrı Ukraynadakı münaqişəni həll edəcək

ABŞ-ın Almaniyadakı keçmiş səfiri, dövlət katibi vəzifəsinə namizəd olan Riçard Qrenell Ukraynadakı münaqişənin həlli ilə məşğul olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, Qrenell əvvəllər prezidentlik kampaniyası zamanı Trampa xarici siyasət məsələləri ilə bağlı məsləhətlər verib və belə görünür ki, Ukrayna münaqişəsinin həllində iştirak edəcək.

Bildirilir ki, ABŞ dövlət katibi vəzifəsinə digər namizədlər senator Bill Hagerti və Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayendir.

Bundan əlavə, jurnalistlər ABŞ Konqresinin nümayəndəsi Elise Stefanikin ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd hesab edildiyini qeyd ediblər.

Seçilən
13
publika.az

1Mənbələr