CNN kanalı öz analitik məqaləsində yazır ki, ABŞ prezident seçkilərində qələbə qazanan Donald Tramp çox güman ki, Yaxın Şərqi gündəmdə saxlayacaq. “Növbəti dörd il İranın 1979-cu ildə qurulmasından bəri ən böyük sınağı ola bilər. Tehran Trampın nəzarəti altındadır və bu, çox güman ki, onun son prezidentliyi dövründə tətbiq etdiyi maksimum təzyiq kampaniyasının geri qaytarılmasına gətirib çıxaraq. Bu isə İranın təcridini və uğursuzluğunu artıra, eləcə də ölkə iqtisadiyyatını zəiflədə bilər”, - deyə, kanal vurğulayıb. Qeyd edək ki, Trampın prezident seçilməsindən sonra İran yüksək səviyyəli rəsmiləri “Amerikada kimin prezident seçilməsinin Tehran üçün heç bir fərqi olmadığını vurğulayıblar”.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Gənc jurnalist vəfat etdi
Tramp ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsinə səbəb ola bilər
600-dən çox rusiyalı turist Yaponiyanın Yokohama limanında kruiz gəmisində ilişib qalıb