AZ

Yayım qadağasına əməl etməyən kanallara "RTÜK"dən cərimələr

Türkiyədə Radio və Televiziya Üst Şurası ("RTÜK") TUSAŞ-a qarşı törədilən terror aktı ilə bağlı yayım qadağasına əməl etmədikləri üçün bir çox televiziya kanalına yuxarı həddini aşan inzibati cərimələr kəsib. Missiya.Az xəbər verir ki, bu barədə "RTÜK"-dən məlumat yayılıb.

Həftəlik növbəti iclasını keçirən Ali Şura, "TV 8", "Kanal D", "NOW", "Beyaz TV", "Show TV", "ATV" və "Star TV"yə gündüz proqramlarına görə yuxarı həddə sanksiya tətbiq edilməsinə qərar verib. TUSAŞ'a edilən terror hücumundan sonra məhkəmənin qəbul etdiyi yayım qadağasına riayət etməyən "Akit TV", "Beyaz TV", "tv100", "Kanal 3", "Meltem TV", "NTV", "Show TV", "Tele1", "CNN Türk", "TGRT Haber", "SZC", "Halk TV" və "Flash Haber"ə pul cəzası verilib. Ayrıca, "Halk TV", "NOW", "Bursada Bugün", "Tele1", "SZC" və "Flash Haber" yayımladıqları xəbər pproqramlarındakı pozuntulara görə yuxarı hədd sanksiyaları tətbiq olunub. "Berat TV" və "Kanal Ege" qeyri-qanuni bitki mənşəli qida məhsulları marketinq yayımları səbəbi ilə cəza verildi. Açıqlamada filmlərin ailə dəyərlərinə verdiyi mənfi təsirlərə görə də addımlar atılacağı da vurğulanıb.

Zərintac Mayisqızı Missiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr