AZ

II Qareginin Dini Liderlərin Qlobal Sammitində iştirak etməməsinin səbəbi açıqlandı

Şuşa. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri ŞeyxülislamAllahşükür Paşazadə bütün ermənilərin katalikosu II QaregininBakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştiraketməməsinin səbəbini açıqlayıb.

Trend xəbərverir ki, bu barədə QMİ sədri Qarabağda səfərdə olarkənjurnalistlərə açıqlamasında qeyd edib.

O, bununla bağlı müraciətlər aldığını qeyd edib.

"II Qareginin Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdəBakıdakı sammitdə iştirak etməsinin mümkün olacağı məsələsiniqaldırdım. Ancaq qarşı tərəfdən cavab gəlmədiyindən biz də onutədbirə dəvət etmədik", - deyə A.Paşazadə bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində keçirilən “Yaşıl Planet uğrunda Dünya Dinləri” devizialtında Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitininiştirakçılarının Qarabağa səfəri başlayıb.

Seçilən
28
2
az.trend.az

3Mənbələr