AZ

Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsən Elektrik Şəbəkəsinin inzibati binasında Daşkəsən və Göygöl rayonlarından olan vətəndaşlarla görüşüb.

“İki sahil” quruma istinadən xəbər verir ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Seçilən
20
15
ikisahil.az

10Mənbələr