Dünyanın aparıcı marka qiymətləndirmə şirkəti “Brand Finance”, “Şəhər İndeksi 2024” araşdırması ilə bu ilin 100 brend şəhərini açıqladı.
İndex.az xəbər verir ki, şəhərlər tanınma, prestij və üstünlük, o cümlədən iş həyatı və investisiya cəlbediciliyi, mədəniyyət və irs, elm və təhsil, idarəetmə, yaşama perspektivi, insanlar və dəyərlər və davamlılıq daxil olmaqla 7 əsas başlıq və 45 alt başlıq altında araşdırılıb.
Ötən il olduğu kimi, bu il də siyahıda ilk üçlük London, Nyu-York və Paris olub. Tokio 4-cü, Dubay 5-ci, Sinqapur 6-cı, Los-Anceles 7-ci, Sidney 8-ci, San Fransisko 9-cu və Amsterdam 10-cu yerdə qərar tutub.