AZ

"Trampın qələbəsi və ukraynalılar üçün 5 ibrət dərsi" - Dmitri Kuleba

"Biz özümüzə xoş olan məlumat məkanından çıxıb gerçəkliyin digər tərəfini də görməliyik..."

Avropa Trampın qələbəsindən qorxub, indi ən pis ssenariyə hazırlaşır. Lakin bu, onun xeyrinə olacaq, çünki öz taleyini öz üzərinə götürəcək. Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq XİN rəhbəri Dmitri Kuleba özünün "İnstagram" səhifəsində yazıb. Məlumatı "gordonua.com" nəşri yayıb.    "1. 2019-cu ilin seçkilərində məğlub olduqdan sonra Trampı siyasətdən sildilər. Amma o, sınmadı, ayağa qalxıb irəliyə getdi və dörd ildən sonra qalib gəldi. İbrət dərsi: heç vaxt təslim olma, hətta ətrafda hamı sənin işinin bitdiyini və hər şeyin sənə qarşı işlədiyini desə də, hətta sənin özün də heç vaxt qalib gələ bilməyəcəyini düşünsən belə, heç vaxt təslim olma. Qələbə kiminsə yox, ilk növbədə sənin öz fəaliyyətinin nəticəsidir. 2. Hamını Harrisin reytinqinin artdığına və onun qalib gələcəyinə əminlik aşılanan, gözləri və qulaqlarına xoş olan məlumatı izləyən zaman Tramp öz işini görüb və qalib gəlib. İbrət dərsi: biz özümüzə xoş olan məlumat məkanından çıxıb gerçəkliyin digər tərəfini görmək üçün daima zaman tapmalıyıq. Bu, xüsusilə ölkənin müharibədə olduğu dönəmində vacibdir. Əgər biz bunu etməsək, sonradan hər şeyin nədən düşündüyümüz kimi olmadığına təəccüb edəcəyik. 3. Bu seçkilərin ABŞ-ı parçalayacağını proqnozlaşdlıranlar olub. Əgər Tramp qalib gəlməsəydi, o, çox güman ki, seçkilərin nəticələrini tanımayacaqdı və parçalanma riski maksimal olacaqdı. Bu, ABŞ-ı maksimum zəiflədəcəkdi. Lakin Tramp qalib gəlib və parçalanma söhbəti gündəlikdən çıxıb. İbrət dərsi: bizim Ukrayna cəmiyyətinin parçalanması kimi "nüvə partlayışı" mövzusu ilə oynamağa haqqımız yoxdur. Ölkəni uçuruma yuvarlandırmaq lazım deyil. Bu mövzuda şərhləri yaymayın və boşboğazlıq etməyin. Ukraynanın birliyi bizim gücümüzün, deməli, bizim gələcəyimizin əsasıdır. 4. Avropa Trampın qələbəsindən qorxub və indi ən pis ssenariyə hazırlaşır. Lakin bu, onun xeyrinə olacaq, çünki, nəhayət, öz taleyini öz üzərinə götürəcək. Avropanın taleyi bu gün Ukraynada həll edilir. İbrət dərsi: biz Avropa İttifaqında bütün səviyyələrdə Ukraynaya dəstək göstərilməsinə səfərbərlik üçün daha çox səylər göstərməlirik və hər birimiz bu işə öz tövhəmizi verə bilərik. 5. 2019-cu ildə Trampın ilk prezidentlik dönəmi onun Ukraynaya zərər vuracağı bəyanatından başlayıb. Hakimiyyətdə olduğu dörd ildə o, ukraynalılar üçün çoxsaylı qıcıqlandırıcı bəyanatlar verib, Putinlə görüşüb. Lakin o, həmçinin Ukraynaya ilk Amerika silahı verib və Putinin "Şimal axını-2" şəxsi layihəsinə qarşı vuruşub.  İbrət dərsi: Bütün bunlar  Ukraynaya sevgidən baş verməyib və göydən düşməyib. Bu, mürəkkəb, çoxsəviyyəli işin nəticəsi olub və Trampla ikinci prezidentlik dönəmində də işləmək gərəkdir. Amma bunu son dörd ildə olduğundan başqa cür etmək lazımdır". 

Seçilən
5
33
turanpress.com

10Mənbələr