AZ

“Ukrayna istənilən güzəştə qarşıdır” - “Bu, Avropa üçün intihar deməkdir...”

Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Ukraynanın Rusiya qarşısında güzəştlərə məcbur ediləcəyilə bağlı iddialar artıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində çıxışı zamanı deyib ki, Ukrayna Rusiyaya istənilən güzəştə qarşıdır və bunun bütün Avropa üçün intihar olacağına inanır.

Zelenskinin sözlərinə görə, bu formatda keçirilən əvvəlki görüşdən sonra Rusiya müharibəni xeyli gücləndirib və Şimali Koreya indi faktiki olaraq Avropada müharibə aparır. Prezident xatırladıb ki, Avropa Siyasi Birliyinin iyulda Britaniyada keçirilən sammitindən sonra Putinə güzəştlər edilməsi zərurətindən çox danışılıb: “Burada olanların bəziləri qətiyyətlə Ukraynanın Putinə güzəşt etməsini istəyirdilər. Hansı ki, bu, Ukrayna üçün qəbuledilməz, Avropa üçün isə intihar deməkdir. Bəs sonra? Avropa Kim Çen Inın da Avropanı tərk edəcəyi ümidi ilə onun rəğbətini axtarmalıdırmı? Vahid, güclü və sülhsevər Avropanın qurulmasına kömək etmiş heç bir güclü lider bunu təsəvvür belə edə bilməzdi”.

Eyni zamanda, onun fikrincə, “güc vasitəsilə sülh” anlayışı öz reallığını və effektivliyini dəfələrlə sübut edib: “İndi buna yenidən ehtiyac var və heç bir illüziya olmamalıdır ki, zəiflik göstərməklə və ya bəzi Avropa mövqelərini və yaxud hansısa bir Avropa ölkəsinin mövqelərini təslim etməklə ədalətli sülh əldə edə bilərsiniz”.

Xatırladaq ki, bir gün əvvəl Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edən Zelenski ona “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyinə görə təşəkkürünü bildirib.

“AzPolitika.info”

Seçilən
20
50
azpolitika.info

10Mənbələr