AZ

“Heç kimin də futbola stadiondan baxmaq öhdəliyi yoxdu” – cavaba bax e...

Misli premyer-liqasının 12-ci turunda “Zirə” çətin Şamaxı səfərindən 3 xalla qayıtdı.

Təəssüf ki, liderlər sırasında olan “qartallar”ı Bakıdan gedən cəmi 5 azarkeş dəstəkləyirdi. Niyə bu qədər az? Klub bu yöndə azarkeşlərə dəstək vermirmi?

“Zirə”nin azarkeşlərlə əlaqələndiricisi Elgün Cəfərli “Football-plus.az”a belə cavab verdi:

“Azarkeş sayı 0 da, 1 də və ya 60 min də ola bilər. Fanklubların heç birinin şəxsi mülkiyyəti olmur. Nə evi, ofisi, binası və şirkəti olur. Komandanın avtobusu olur. Azarkeş qrupu azad və mütəqildi. Klub olaraq, azarkeşlərlə sıx olmağa çalışırıq. Bu yöndə dəstəyimizi göstəririk. Söhbət maddi dəstəkdən getmir. Heç kimin də futbola stadiondan baxmaq öhdəliyi yoxdu. Üç nəfər gedirsə, bu da bizim üçün gözəl haldı. Çox sağ olsunlar ki, isti evlərindən komadanı dəstəkləməyə gəlirlər. Üç və ya 5 nəfərin olması bizim üçün çox dəyərlidi”.


ƏSƏD SEYİDOV
Seçilən
15
football-plus.az

1Mənbələr