AZ

PREZİDENT YENİ HOLDİNQ YARATDI: bu qurumlar tabeliyinə verildi - SİYAHI (DETALLAR)  

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

Bunlar, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.

Seçilən
6
6
mia.az

10Mənbələr