AZ

Bakıda balaca dəb həvəskarları üçün "Emporio Armani" brendinin uşaq geyimləri butikinin açılışı olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Emporio Armani" Bakıda uşaq dəb dünyasının incisinə çevriləcək uşaq geyimləri mağazasının açılışını edib. Yeni butik Bakının mərkəzində, Neftçilər prospekti, 47B ünvanında, "Emporio Armani"nin böyüklər üçün geyim butikinin yaxınlığında yerləşir.
"Emporio Armani" artıq 15 ildən çoxdur ki, Bakıda məşhur və tələb olunan brend kimi tanınır. Brend dəbli geyimlər dünyasında eleqantlıq və keyfiyyət simvolu hesab olunur. Bu illər ərzində brend eleqantlıq və mükəmməl keyfiyyət simvoluna çevrilib ki, bu da paytaxtımızın balaca dəb həvəskarları üçün dəbli, praktik və yüksək keyfiyyətli geyimlərin təqdim olunduğu yeni "Emporio Armani" uşaq butikində öz əksini tapıb.
Yeni butikdə qız və oğlan uşaqları üçün mövsümün yeni trendlərinə uyğun aktual geyim və aksesuar kolleksiyalarını tapa bilərsiniz. Butikdə dərs günlərində və dostlarla oyun üçün ideal seçim olan svitşotlar, dəbli toxunma geyimləri, futbolkalar, şalvarlar və donlar, həmçinin xüsusi tədbirlər və bayramlar üçün özəl "look"lar təklif olunur.
"Emporio Armani" brendinin uşaq butikinə baş çəkməyin və övladlarınıza tərz, komfort və sevincin unudulmaz ahəngini bəxş etməyin əsl vaxtıdır!
📍 Ünvan: Neftçilər prospekti 47B
📞 Əlaqə nömrəsi: (051) 230-15-55
Seçilən
15
oxu.az

1Mənbələr