AZ

“O, yaxşıdır və baş məşqçinin niyə belə dediyini başa düşmürəm” – Yalanın üstü açıldı

“Real”in yarımmüdafiəçisi Federiko Valverde UEFA Çempionlar Liqasında “Milan”la oyunda (1:3) fasilədə əvəzlənib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra baş məşqçi Karlo Ançelotti açıqlamasında Valverdenin əvəzlənməsinin onun belindəki problemlərlə bağlı olduğunu bildirib.

Jurnalist Qavi Qomez isə “El Partidazo de COPE” proqramında Ançelottinin Valverdenin fiziki problemləri ilə bağlı sözlərinə təəccübləndiyini söyləyib:

“Uruqvaylı futbolçu yaxşıdır və “Real”ın baş məşqçisinin niyə belə dediyini başa düşmürəm”.

“Real” hazırda La Liqada “Osasuna” ilə ev oyununa hazırlaşır. Komandalar noyabrın 9-da qarşılaşacaq.

Seçilən
15
sportinfo.az

1Mənbələr