AZ

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib (FOTO)

Bakı. Trend:

Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası(AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası məlumat yayıb.

Bildirilib ki, AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunanbayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv vətabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrininüzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdənsonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu ÖndərHeydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətənmüharibəsindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinsərkərdəlik məharətindən, əsgər və zabitlərimizinqəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindəndanışıb.

Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hərbir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksəkdöyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onunsözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiriOrdumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütünölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.

Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuqişlərindən də danışan Konfederasiya sədri bütün bunları Azərbaycanyalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in başmütəxəssisi Aqşin Əliyev bildirib ki, gündən-günə güclənənAzərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıqdastanı yazdılar. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidəbayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsioldu.

Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətənmüharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki,Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm dəbeynəlxalq diplomatiyada da öz sözünü deməyi bacardı. Bildirib ki,dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinəverdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortayaqoydu.

Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı “ZəfərMeydanı” filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist GülüstanƏliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrınınsolisti Fəxri Kazım-Nicat və Azərbaycan Dövlət Televiziyasının vəAzərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasındavətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası,professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.

AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
Seçilən
31
16
az.trend.az

10Mənbələr