AZ

COP29-da "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 20-də Bakıda COP29 çərçivəsində "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Dəyirmi masanın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).
Seçilən
37
50
oxu.az

10Mənbələr