AZ

Qazaxda 8 noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir -Fotolar



aia.az xəbər verir ki, 06 - 07 noyabr 2024-cü il tarixlərdə YAP Qazax rayon təşkilatı və Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş Qazax rayonunun idarə, müəssisə və təşkilat komandaları arasında minifutbol üzrə turnir keçirilmişdir. Turnirdə rayonun 9 komandası birincilik uğrunda mübarizə aparmışdır.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirinn açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində və suverenliyimizin bərpasında canlarından keçmiş müqəddəs Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev və Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək, bu tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı məlumat verdilər. Natiqlər əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan gənclərə və idmana göstərilən diqqət və qayğının bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini, bu gün müstəqil Azərbaycanımızın bütün sahələrdə, o cümlədən hərbi müstəvidə diplomatiyada, idmanda da qalib bir ölkə olduğunu vurğuladılar və idmançılara turnirdə uğurlar arzuladılar.
İki gün davam edən turnirdə Qazax rayon Polis Şöbəsinin komandası 1-ci, YAP Qazax rayon təşkilatının komandası 2-ci, Qazax – Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun komandası isə 3 - cü yeri tutdular. Qaliblər YAP Qazax rayon təşkilatı və Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq kubok, medal və diplomlarla təltif olundular.



Seçilən
26
1
aia.az

2Mənbələr