Bakı. Trend:
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsindəkeçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edənAzərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti vəgəmisi Vətənə qayıdıb.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxrifərmanla təltif olunub.
Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminəAzərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyətiqatılıb.