Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Qyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias ("Liverpul") ikinci, Nikolas-Herrit Kyun ("Seltik") üçüncü yeri tutub.
Viktor Qyökereş Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Mançester Siti"yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.
Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.