AZ

"COP29 iştirakçılarında Azərbaycan haqqında müsbət təəssüratlar yaranacaq" — Bölgələrə səfərlər edəcəklər

COP29-da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək. Xarici qonaqlar Bakı və regionlardakı muzeylərə, teatr, opera, qalereya, ekoparklara aparılacaq. Onlar üçün Azərbaycan şərablarının dequstasiyası da nəzərdə tutulub.

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, bu səfərlər Azərbaycanın turizm potensialının artırılmasına, turizm imkanlarının, ümumiyyətlə, son dövrlərdəki inkişafının, mədəniyyətinin təbliğ olunmasına müsbət təsir edəcək:

“COP29 iştirakçıları sadəcə tədbirdə iştirak etməyə gəlmirlər. Onları ölkə ilə tanış etmək, gəzdirmək üçün xüsusi marşrutlar ayrılıb. Görməli yerlərimizi gəzməklə onlar mədəniyyətimiz, tariximiz, mətbəximizlə tanış olmuş olacaqlar. Hər bir turist gəliş məqsədindən asılı olmayaraq digər turizm məhsullarını da istehlak etmiş olur. Bu, ölkəmizin turizm potensialının tanıdılması üçün çox gözəl imkandır. Qonaqlar Azərbaycan haqqında müsbət təəssüratlarla ayrılacaq, öz ölkələrində də Azərbaycanı tanıtmış olacaqlar. Qısa müddət ərzində 100-dən çox ölkənin nümayəndəsinin Azərbaycana gəlməsi ölkəmizin təbliğatına mühüm töhfə verəcək. Bu, bütün dünyaya bir mesajdır. Azərbaycan ekologiyanın qorunması ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb. Qonaqlar bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycanın həyata keçirdiyi işlərin də şahidi olacaqlar. Azərbaycan gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizəni davam etdirəcək”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
43
demokrat.az

1Mənbələr