Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın başnaziri Nikol Paşinyan arasında qısamüddətli görüş baş tutub.
Bu barədə Trend ErmənistanKİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilənAvropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsindəreallaşıb.
Xatırladaq ki, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasındasonuncu görüş sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının79-cu sessiyası çərçivəsində baş tutmuşdu.