AZ

Gürcüstanın turizm gəlirləri rekord səviyyədə artacaq - 4,4 milyard dollar

"Galt & Taggart" investisiya firmasının hesabatına görə, Gürcüstanın turizm gəlirləri 2024-cü ildə 4,4 milyard dollara çatacaq ki, bu da 2023-cü ilə nisbətən 7,3% çoxdur.

Valyuta.az xəbər verir ki, Asiya ölkələrindən gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artması və birbaşa uçuşların sayının artması səbəbindən turizm gəlirlərinin 2024-cü il ərzində davamlı şəkildə artacağı gözlənilir.

"Turizm gəlirləri bu ilin üçüncü rübündə əvvəlki ilə nisbətən 8% artaraq rekord həddə - 1,6 milyard dollara çatıb. Bu dövrdə turizmdən əsas gəlir mənbələri Rusiya, Aİ, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı olub", deyə hesabatda qetd edilib.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, 2024-cü il yanvarın 1-dən sentyabrın 30-dək ölkə beynəlxalq səyahətçilərdən 3,5 milyard dollar gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 6,5% çoxdur.

Ən böyük məbləğ 2024-cü il yanvarın 1-dən sentyabrın 30-dək Rusiyadan gələn ziyarətçilər tərəfindən xərclənib - 647,7 milyon dollar (2023-cü ilin üç rübü ilə müqayisədə -25,6%). Rusiadan ölkəyə 1,1 milyondan çox səfər olub.

Paşa Məmmədli


 

Seçilən
23
valyuta.az

1Mənbələr