AZ

Pezeşkian: İran üçün ABŞ-də prezident seçkilərində kimin qalib olmasının fərqi yoxdur

“İran üçün ABŞ-də prezident seçkilərində kimin qalib olmasının fərqi yoxdur”.

"Operativ Media" “İRNA”ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, ABŞ prezident seçkilərində kimin qalib gəldiyi İranı maraqlandırmır:

“Bizim üçün ABŞ seçkilərində kimin qalib gəldiyinin heç bir əhəmiyyəti olmayacaq, çünki ölkəmiz və rejimimiz öz daxili güclərinə arxalanır”.

Seçilən
18
operativmedia.az

1Mənbələr