Müğənni Günay İbrahimli ilə bəstəkar Pərviz Mahmudov məhkəməlik olub.
OLAY yazır ki, bu barədə Pərviz “Xəzər axşamı” verilişində danışıb. O bildirib ki, “Dəlisiyəm gecənin” mahnısı ondan icazə alınmadan reklamda istifadə olunub.
Pərviz qeyd edib ki, qarşı tərəf ona bildirmədən onun da əvəzindən müqavilədə imza atıb. Həmçinin məhkəmənin tarixini açıqlayan Mahmudov dekabrın 4-də baş tutacağını deyib.