AZ

Şəhid ailələri ilə görüş keçirilib

7 noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Şəhid ailələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Şəhid ailələrinin üzvləri, Sumqayıt şəhərinin tanınmış ziyalıları, Yeni Azərbaycan Partiyasının fəal üzvləri, şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən ağsaqqallar iştirak ediblər.

Tədbiri Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov giriş nitqi ilə açıb və Zəfər tariximizlə bağlı əlamətdar hadisələri bir daha xatırladıb.

Tədbirin başlanğıcında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən digər natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi misilsiz qəhrəmanlıqlar haqqında ətraflı danışıblar.

Qeyd ediblər ki, Azərbaycan əsgərləri döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstəriblər. Onlar Vətən torpağını öz qanları ilə suvarıblar. Neçə-neçə cəsur vətən övladı Şəhidlik zirvəsinə ucalıb. Bir çox əsgərimiz qazi olub.

Tədbirdə Şəhid ailələrinin üzvlərinə də söz verilib. Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, ölkəmizdə formalaşmış möhkəm xalq-iqtidar birliyi bizim yeni-yeni uğurlar qazanmağımızı şərtləndirir.

Tədbirin sonunda Şəhid ailələrinin üzvlərinə maddi yardım göstərilib.

Seçilən
21
ikisahil.az

1Mənbələr