Rusiya ordusu bu gün Ukraynanın Zaporojya şəhərinə ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə mülki şəxslər arasında ölən və yaralananlar var.
Ukrayna mətbuatı yazır ki, hücum nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb: "Rusiya bu gün yaşayəş binası ilə Onkoloji Xəstəxananın binasını raketlərlə vurub. 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Hazırda axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanları axtarır...".
Zülfiyyə Mustafayeva
MİA.AZ