AZ

"Həkimlər bacıma 1 il vaxt qoymuşdular, 7 ildir yaşayır" - FOTO

Müğənni Habil Əhmədov "Günə bax" verlişində başına gələnlərlə bağlı danışdıqlarıyla verlişə damğa vurub.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, gənc müğənni bir neçə il öncə atasını itirdikdən sonra bacısına da mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu dedi.

Lakin müğənniliyi bir kənara atıb, bacısını xilas etmək üçün bütün çıxış yollarına baş vurduğunu bildirən Habil, həkimin "bacının ömrünə uzağı 1 il vaxt qalıb" deməsindən sonra mübarizədən soyumadığını qeyd edib. O, bacısının sağlamlığı üçün həm külli miqdarda maddiyat xərclədiyini, həm də paralel olaraq onu psixoloji olaraq bu xəstəliklə mübarizəyə hazırlamaq üçün əlindən gələni etdiyini deyib.

Habil nəticədə həkimin o sözündən 7 il keçməsinə rəğmən bacısının yaşadığını bildirib:

"Bacıma 1 il vaxt qoydular, 7 ildir yaşayır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
milli.az

1Mənbələr