AZ

Bu günlərə DİQQƏT: "Həyatınızın eşqi olaraq gördüyünüz insan..."

"Venera ilə Neptun arasında dördbucaq olacaq. Effektin müddəti 3 gündür".

News24.az xəbər verir ki, məşhur astroloq Dinçer Güner nələr olacağını bir-bir izah edib.

"Emosional dünyamız bulanıqlaşır, məntiq arxa plana keçir, xəyallarla reallıq arasındakı sərhəd kifayət qədər incələşir. Özümüzü asanlıqla romantik yuxularda tapa bilərik.

Bəlkə də kiminləsə yeni tanış olmuşuqsa, onun “o xüsusi insan” olduğuna inanıb, hələ tanış olmadığımız birini olduğundan daha çox ideallaşdıra bilərik. Bu, mənəvi sevgi və ya dərin əlaqə kimi görünə bilər, lakin çox vaxt reallıqla uzlaşmır.

Həyatınızın eşqi olaraq gördüyünüz insan, həyatınızın pisliyi ola bilər. Qarşıdakı insanı və ya vəziyyəti bütün aspektləri ilə görməkdə çətinlik çəkirik və yalnız görmək istədiyimiz cəhətləri görməyə meylli oluruq.

Qarşıdakı insanı və ya vəziyyəti bütün aspektləri ilə görməkdə çətinlik çəkirik və yalnız görmək istədiyimiz cəhətləri görməyə meylli oluruq.

Bu dövrdə sevdiklərimizin ehtiyaclarını öz ehtiyaclarımızdan üstün tutmağa və özümüzü fəda etməyə meylli ola bilərik. Məsələn, qarşı tərəfin xoşbəxtliyi üçün öz arzularımızdan əl çəkib, “Bunu etsəm, məni daha çox sevəcək” kimi düşüncələrə sahib olmaq olar.

Maliyyə məsələlərində realist davranmaq çətin ola bilər. Bir şeyin dəyəri ilə bağlı səhv edə bilərik və xüsusilə dəbdəbəli istehlaka və ya estetikə həddindən artıq çox xərcləyə bilərik. “Bu xərcləmə məni xoşbəxt edəcək” kimi düşüncələrə sahib olmaq sonradan peşmançılıq hissi yarada bilər.

Bədii layihələrə müraciət etmək, yazmaq, rəsm çəkmək və ya musiqi ilə məşğul olmaq əla bir yol ola bilər. Bu dövrdə xəyal gücünüz sonsuzdur. Ona görə də özünü sənətlə, daxili fantaziyalarınızı yaradıcı əsərlərlə ifadə etmək sizi çox xoşbəxt edə bilər”.

Məryəm İlhamqızı

Seçilən
13
news24.az

1Mənbələr